Qonaq siyahınızda müxtəlif dillərdə danışanlar varsa - Azərbaycan, türk, ingilis və rus dillərini dəstəkləyən dəvətnamə çox önəmlidir.
Bakıda keçirilən toylarda qonaqlar arasında Azərbaycan, türk, rus dilli və xarici qonaqlar ola bilər. Hamısına eyni dildə dəvət göndərmək bir qisminin dəvəti tam anlamayacağı deməkdir.
Necə işləyir?
DəvətliSən-də dəvətnamə 4 dildədir: Azərbaycan, türk, ingilis və rus. Qonaq dəvətnaməni açanda dili özü də dəyişə bilər.
Hər qonağa öz dili
Kabinetdə qonaq siyahısında hər qonağın dilini təyin edirsiniz. Link açılanda dəvətnamə avtomatik həmin dildə görünür, WhatsApp mesajı da o dildə hazırlanır.
Mətnin keyfiyyəti
Dəvətnamə mətni hər 4 dildə hazırdır - texniki jarqon yox, isti və səmimi dil.